Saakaşvilinin yeni görüntüləri yayıldı - VİDEO

12:42 16.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin müalicə almaq üçün köçürüldüyü “Vivamed” klinikasından yeni görüntüləri yayılıb.

 

Hafta.az modern.az-a istinadən xəbər verir ki, klinikanın direktoru Nino Nadiradze eks-prezidentin tərəfdarlarının həkimlərə qarşı rəftarından narazıdır.

 

“İmedi TV”-yə müsahibə verən həkim tibbi personalın böyük təzyiq altında olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, hər gün həkimlərə psixoloji və mənəvi dəstək, təsəlli verməli olur.

 

Qeyd edək ki, həbsdə olan Saakaşvilinin səhhəti pisləşmişdi. Aclıq aksiyası keçirərkən götürülmüş analiz nəticəsində onun bədənindən ağır metallar aşkar olunmuşdu. Hazırda sabiq prezidentin müalicəsi davam etdirilir.